• $
  • €
  • ₽
  • ₺
  • £

​Səfir: “Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır”

​Səfir: “Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır”
25.06.2015 13:07
 Qırğız Respublikası əmək, miqrasiya və gənclər naziri Aybek Azırankulov ilə Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib.

 Bu barədə "Report”a Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən məlumat verilib.
Səfir Aybek Azırankulovu nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Nazir iki ölkə arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın son illər qazandığı nailiyyətləri ilə Qırğızstanda fəxr edildiyini, əlaqələrin inkişafında, xüsusilə gənclər sahəsində birgə layihələrin həyata keçirilməsində Qırğız tərəfinin maraqlı olduğunu söyləyib.

Səfir qeyd edib ki, son vaxtlar bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir: "Son iki ildə həm Bişkekdə, həm Bakıda gənclərlə bağlı çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb”.

Səfir qeyd edib ki, hər iki ölkə gənclərinin də bu münasibətlərdən bəhrələndiyini, həm azərbaycanlı tələbələrin Qırğızstanda, həm də qırğız tələbələrin Azərbaycanda təhsil aldığını vurğulayıb.

A.Azırankulov qeyd edib ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və iki ölkə arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.
Səfir repressiya qurbanı həmvətənlilərimizin nəsillərindən olan 20 minə yaxın azərbaycanlının Qırğızstanda yaşadığını və onlar üçün yaradılan şəraitə görə Qırğız Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib.

Diplomat hazırda Azərbaycanda yüksək səviyyədə İlk Avropa Oyunlarının keçirildiyini, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası və 2017-ci ildə isə III İslam Həmrəyliyi Oyunlarının baş tutacağını qeyd edərək, bu möhtəşəm idman bayramlarında qardaş Qırğız idmançılarının da iştirak etmək imkanın olduğunu vurğulayıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol