• $
  • €
  • ₽
  • ₺
  • £

“Abituriyent” jurnalının 4-cü sayı nəşr edildi

“Abituriyent” jurnalının 4-cü sayı nəşr edildi
29.06.2015 10:58
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Abituriyent” jurnalının 4-cü sayı nəşr olunub.
 
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalın bu sayında 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu, qabiliyyət İmtahanı Komissiyaları üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün müsabiqə şərtləri, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası dərc olunub.

Jurnalda qəbul imtahanlarının keçiriləcəyi bölgə (imtahan) mərkəzləri haqqında məlumat, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları, 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu, ali təhsil müəssisələrinin siyahısı, ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə barədə məlumat verilib.

Eyni zamanda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elanı, Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyebtlər üçün müsabiqə elanı da jurnalda verilib.

Jurnalı TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1 m və Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 ünvanlarında yerləşən binalarındakı "Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol