• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanının II mərhələsində 1000-dən artıq namizəd

Qəbul imtahanının II mərhələsində 1000-dən artıq namizəd
03.07.2015 15:07
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də 2015/2016-cı tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək. 

TQDK-dan "Report"a verilən xəbərə görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.

İmtahanda iştirak etmək üçün namizədlər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.

Xatırladaq ki, rezidentura səviyyəsinə ərizə qəbulu internet vasitəsilə bu ilin fevralın 16-dan 23-dək aparılıb və 1 245 namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 1 001 nəfər imtahanın I mərhələsində (15 mart 2015-cü il) 30 və daha yüksək bal toplayaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb.

İştirakçılardan 494 nəfəri cari ilin, 507 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 748 nəfəri qız, 253 nəfəri isə oğlanlardır. 852 namizəd Azərbaycan bölməsi, 149 namizəd isə rus bölməsi üzrə imtahan verəcəkdir. Namizədlərin 11 nəfəri xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 976, Naxçıvan şəhərində isə 25 namizədin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 16 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 10-dan 14-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili istiqamətinə uyğun (bitirdiyi fakültəyə müvafiq) ixtisasları seçib təsdiq etməlidirlər.

Namizədlərə iyunun 30-dan etibarən internet vasitəsi ilə "Namizədin imtahana buraxılış vərəqəsi" təqdim olunur.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsi iyulun 6-da, II mərhələsi isə iyulun 7-də keçiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol