• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda ağacın qırılması iki küçəni qazsız qoydu

Paytaxtda ağacın qırılması iki küçəni qazsız qoydu
04.07.2015 12:38
Bu gecə Bakıda əsən güclü külək Nərimanov rayonunda ağacı qıraraq yaxınlıqdan keçən 57 düymlük qaz boru xəttinin üzərinə aşırıb. Nəticədə, zədələnən xətdə sızma yaranıb və bununla əlaqədar rayonun iki küçəsinə qazın verilməsi kəsilib.
 
Bunu "Report"a Nərimanov rayonunun bəzi yerlərində qazın olmaması ilə əlaqədar yayılan məlumatlara aydınlıq gətirən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ.Kərbalayevin sözlərinə görə, Birliyin qəza-dispetçer xidməti tərəfindən artıq hadisə ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə məlumat verilib: "Qəza nəticəsində yalnız Ağa Nemətulla küçəsində 3, Faiq Yusifov küçəsində isə 2 binaya qaz verilişi dayanıb. Artıq qəza-dispetçer xidməti icra hakimiyyətinə məlumat verib və yaşıllaşdırma xidmətinin ağacı kəsməsini gözləyirik".
Binalara qaz verilişinin bərpa edilməsinə gəlincə isə "Azəriqaz" rəsmisi bunun Yaşıllaşdırma İdarəsi tərəfindən ağacın kəsilməsindən dərhal sonra olacağını açıqlayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol