• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ Azərbaycanı 5-ci beynəlxalq gənclər düşərgəsində təmsil edib

ARGTMŞ Azərbaycanı 5-ci beynəlxalq gənclər düşərgəsində təmsil edib
13.07.2015 15:52
Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən "Gənclərin Birlik Günü” adlı 5-ci beynəlxalq gənclər düşərgəsində iştirak edib.

 "Sodrujestvo” beynəlxalq gənclər təşkilatı tərəfindən həyata keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində ARGTMŞ-ın sədr müavini və "Sodrujestvo” təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Ramiz Əliyev, ARGTMŞ-ın mətbuat katibi Xədicə Damadayeva, eləcə də "Sodrujestvo” təşkilatının idarə heyətinin üzvü Xaqani Fərəcov yer alıblar. Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı Rusiya, Belarusiya, Ukrayna, Gürcüstan, Qazaxstan, Latviya, Litva, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Estoniya, Türkmənistan, Çin, Ermənistanı təmsil edən 100-dən çox gənc fəallar iştirak edib.

Tədbir çərçivəsində bloqçuluq, sosial şəbəkələrdə informasiya mübarizəsi və informasiya təhlükəsizliyi mövzüsunda təlimlər, master klasslar, seminarlar keçirilib və işçi qruplar təşkil olunub. Düşərgə müddətində həmçinin iştirakçılar tərəfindən gələcəkdə yeni layihələrin həyata keçirilməsi məqsədilə komanda şəklində yeni layihələr səsləndirilib. Tədbir çərçivəsində mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan haqqında ətraflı məlumat verilib və milli mətbəxindən nümunələr nümayiş olunub. Eləcə də "Bakı 2015” 1-ci Avropa Oyunlarının video-çarxı iştirakçıların nəzərinə çatdırılıb.

Xatırladaq ki, "Sodrujestvo” beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasına təşviq etmək məqsədilə yaradılıb.

2012-ci ildə ARGTMŞ-ın sədri Şahin Seyidzadə "Sodrujestvo” beynəlxalq gənclər təşkilatının idarə heyətinin üzvü və sədr müavini Ramiz Əliyev Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol