Təzə Pir məscidində Ramazan bayramı namazı qılınıb

Bu gün Bakıda Təzə Pir məscidində Ramazan bayramı qeyd olunub.
"Report"un məlumatına görə, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin iştirakı ilə bayram namazı qılınıb. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, iyunun 18-də başlayan Ramazan ayı başa çatıb.
www.ann.az
Son xəbərlər 
Daha çox 























