• $
  • €
  • ₽
  • ₺
  • £

"Belə qeyri-sabit hava şəraiti sonuncu dəfə 11 il əvvəl müşahidə olunub"

"Belə qeyri-sabit hava şəraiti sonuncu dəfə 11 il əvvəl müşahidə olunub"
23.07.2015 17:42
"Bu il iyul ayı əvvəlki illərlə müqayisədə bir qədər fərqli keçir. İyulun I ongünlüyündə temperatur yüksək idi, istilər müşahidə olunurdu. Lakin II ongünlükdə demək olar ki, şimal-qərb küləyi üstünlük təşkil etdi. Bununla əlaqədar yüksək temperatur müşahidə olunmadı”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Baş hidroloq bildirib ki, iyul ayında belə qeyri-sabit hava şəraiti sonuncu dəfə 11 il əvvəl müşahidə olunub: "Xüsusən iyul ayının 16-sı, 17-si, 18-i, 19-u, 22-si və 23-ə keçən gecə respublika ərazisində yağış yağıb. Ən çox yağış Lənkəran-Astara və Böyük Qafqaz ərazisində qeydə alınıb. Müşahidə dövrünə nəzər salsaq, görərik ki, iyul ayında bu cür qeyri-stabil hava şəraiti 1985, 1993 və 2004-cü illərdə müşahidə olunub”.

A. Verdiyev qeyd edib ki, yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında temperatur 30-35 dərəcə arasında dəyişəcək: "Həftə sonundan etibarən temperaturun tədricən yüksələcəyi gözlənilir”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol