• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurası fransız jurnalistləri Bakıya gətirəcək

Mətbuat Şurası fransız jurnalistləri Bakıya gətirəcək
24.07.2015 20:33
Sentyabrda Fransadan bir qrup jurnalist Azərbaycana gələcək. Bunu Modern.az saytına Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.

O bildirib ki, yerli jurnalistlərlə xarici həmkarlar arasında əlaqələrin qurulması üçün bu cür görüşlər keçirilir və bundan sonra da davam etdiriləcək:

"Şuranın Beynəlxalq Əlaqələr Komissiyası olaraq biz xarici media və jurnalistləri Azərbaycana cəlb edirik. Bu proses davam edir. Sentyabrda da Fransadan bir qrup jurnalist Azərbaycana gələcək. Amma biz gördüyümüz iş bunun bir hissəsidir. İşin digər tərəfi bizim yerli jurnalistlərin özlərinin fəallığıdır.

Məsələn, bu yaxınlarda İsraildən 15 nəfərdən ibarət bir qrup jurnalist gətirmişdik. Ondan əvvəl Türkiyədən gətirmişdik. Sentyabrda da Fransadan gətirəcəyik. Prezidentin dediyi kimi, biz xarici mətbuatda daha geniş şəkildə çıxmaq üçün həmin tədbirlərə davam edirik.

Onların Azərbaycanda olduğu müddətdə özləri müxtəlif idarə, təşkilatlarda və dövlət strukturlarında görüşlər keçirirlər. Şəhər və ölkənin ictimai həyatı ilə tanış olurlar. Həmin jurnalistlərin özləri hər hansı bir təəssüratla ölkələrinə qayıdırlar.

Bizim jurnalistlər fəal olub xarici jurnalistlərlə əlaqə yaratmalıdırlar. Əgər Azərbaycana səfər etmiş media qurumları varsa, bizim jurnalistlərin özləri gələcəkdə informasiyalarını onların mediasına çıxara bilmələri üçün maraqlı olmalıdırlar.

Ona görə də biz onları hər xaricdən dəvət edəndə yerli jurnalistlərlə görüşdürürük ki, onlar arasında bir əlaqə yaransın. Artıq bundan sonrası bizim jurnalistlərin iş qabiliyyətindən və təşəbbüskarlığından asılıdır. Bizim jurnalistlər gərək xarici həmkarları ilə yaxşı işbirliyi qursunlar ki, Azərbaycan haqda informasiyaları xaricə mətbuata çıxara bilsinlər. Bunu edənlər də, etməyənlər də var.

Prezidentin müraciəti də bütün jurnalistlərə çağırış idi ki, siz Azərbaycan həqiqətlərini dünya mətbuatına çıxarın. Biz də bunun lazımi olan əlaqələri və kontaktları yaradırıq”.

Cavanşir Feyziyev qeyd edib ki, xarici mətbuatda gedən qərəzli və dəqiq olmayan məlumatların azaldılması üçün xarici jurnalistlərin Azərbaycana gəlməsinə şərait yaratmalıyıq:

"Başqa ölkələrdə xarici media qurumlarının bizə ehtiyacı yoxdur. Bizim onlara ehtiyacımız var. Ona görə də bizi onlar dəvət eləmirlər. Çünki maraqlı deyillər. Onlar öz informasiyalarını hara istəsələr çıxara bilirlər. Problem bizim jurnalistikamızdadır. Çünki biz istəyirik ki, öz informasiyamızı dünyaya tanıdaq. Ona görə də bu əlaqələri yaratmaqda maraqlıyıq.

Xarici mətbuatda Azərbaycan haqda qərəzli və düzgün olmayan, qeyri-obyektiv yazılar gedir. Biz də xarici media nümayəndələrini dəvət edirik ki, onların özləri gəlib yerində şəraitlə tanış olsunlar. Bilsinlər ki, onlara ötürülən məlumatlar həmişə dəqiq olmur. Bu informasiyanın düzgünlüyü yoxlamaq üçün biz onları dəvət edib yerli jurnalistlərlə əlaqəsini yaradır ki, onların informasiyanı bir daha yoxlamaq üçün yerli mənbələri olsun”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol