• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkillər Kollegiyasının üzvü həbs olundu

Vəkillər Kollegiyasının üzvü həbs olundu
24.07.2015 19:44
Vəkillər Kollegiyasının üzvü saxlanılaraq polis bölməsinə aparılıb. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hüquqşünas Ramil Qocayev "20 yanvar” metrostansiyasının yaxınlığında saxlanılaraq 29-cu polis bölməsinə aparılıb.

R.Qocayev bildirib ki, buna səbəb isə həmin ərazidə insanlar toplaşan yerə yaxınlaşması və nə baş verdiyi haqda maraqlanması olub: "Sumqayıt şəhərindən gələrək metronun 20 Yanvar stansiyasında maşından düşərkən bir çox insanın bir yerə toplaşmasını gördüm. Orada bədbəxt hadisənin olmasını zənn edərək digərləri kimi mən də həmin yerə yaxınlaşdım. Bu zaman yerə uzanmış şəxsin ürəyinin getdiyinin və digər şəxslərin də ona su verdiyini gördüm. Sonra da hadisə yerindən uzaqlaşmaq və eləcə də tanıdığım şəxsə zəng vurmaq üçün mobil telefonuma əl atan zaman adını və haranın polis işçisini olduğunu bilmədiyim şəxs mənə yaxınlaşaraq dedi ki, telefonla nə qurdalanırsan, niyə burada görünənləri telefonuna çəkirsən?”

Bundan sonra polis əməkdaşları vəkili Yasamal RPİ 29-cu Polis Bölməsinə aparıb orada 3 saat saxlayıblar. Həmin müddətdə onun mobil telefonunu alıb yoxlayıblar. Ramil Qocayev polislərin ona qarşı etdiyi zorakılıqla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib və həmin polis əməkdaşlarının cəzalandırılmasını istəyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol