• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kişi maaşa görə özünü yandırdı

Azərbaycanda kişi maaşa görə özünü yandırdı
27.07.2015 16:20
Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırdı.

 İyul ayının 22-si özünə od vuran 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev bu gün səhər saatlarında Respublika Yanıq Mərkəzində keçinib.

Mərhumun bacısı Zemfira Əliyeva ANS PRESS-ə bildirib ki, qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub. 

"Məvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə gedib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə yaranıb". 

Bu mübahisədən sonra M.Əliyev ofisin həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Ofis işçilərinin köməyi ilə alov söndürülüb və o dərhal Sumqayıt xəstəxanasına gətirilib. Bədəninin 85%-i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb. 

Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək iyulun 25-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriblər. 
Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Artıq iş Sumqayıt şəhər prokurluğunda araşdırlmağa başlayıb. Prokurorluğun əməkdaşları xəstəxanaya da gəliblər. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma aparılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol