• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA qiyabi təhsil üzrə doktoranturaya qəbulu dayandırır

AMEA qiyabi təhsil üzrə doktoranturaya qəbulu dayandırır
03.08.2015 17:11
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2015-2016-cı tədris ili üçün qiyabi təhsil forması üzrə doktoranturaya qəbul həyata keçirməyəcək.
 
Bunu Trend-ə AMEA-nın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, növbəti tədris ili üzrə doktoranturaya qəbul planı təsdiqlənməsi üçün artıq Nazirlər Kabinetinə təqdim edilib. Həmin qəbul planında da qiyabi təhsil forması üzrə plan yerləri sifariş edilməyib. Qiyabi təhsilin həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları üçün həyata keçirilməməsi nəzərdə tutulur.

Qiyabi təhsil forması üzrə qəbulun dayandırılmasının səbəbini açıqlayan Ə.Sadıqov bildirib ki, doktoranturada təhsilin formal olmaması üçün qiyabi təhsil üzrə qəbulun aparılmaması qərarına gəliblər.

Onun sözlərinə görə, böyük spektrli elm sahələrində qiyabi təhsil alan şəxsin elmi tədqiqat işi üzrə yaxşı nəticə göstərməsi real deyil: "Elm vaxtı yalnız özünə sərf etməyi tələb edir. Əvvəlki illərin təcrübələrini analiz etdik və gördük ki, qiyabi təhsil alan doktorantlarımız sonradan tədqiqat işlərini lazımi səviyyədə həyata keçirə bilmirlər. Qiyabi təhsil alırsa, demək, onun haradasa iş yeri var və buna görə də onun öz elmi rəhbəri ilə təmasda olmağa, kitabxanada oturmağa, konfranslarda, seminarlarda iştirak etməyə, elmi işi yazmağa imkanı olmur. Bununla əlaqədar dissertasiya işini bitirib müdafiə edə bilməyən xeyli adam var. Təhlil onu göstərir ki, belələri daha çox qiyabi təhsil alan doktorantlar arasında olur”.

Ə.Sadıqov deyib ki, AMEA-nın qiyabi təhsil forması üzrə doktoranturaya qəbulun aparılmaması Akademiya sistemində bu təhsil formasının tamamilə ləğv edilməsi demək deyil: "Ola bilər ki, biz 1-2 il ümumiyyətlə qiyabi təhsil forması üzrə doktoranturaya qəbul həyata keçirməyək, bunun nəticəsinə baxaq. Sonra zərurət olsa, hansısa ixtisas üzrə bir neçə plan yeri sifariş verə bilərik”.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol