• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində oldu

Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində oldu
05.08.2015 13:05
Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi professor Mustafa Aydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib. 

Görüş zamanı BANM-in rektoru  Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. E.Qasımov qonaqlara BANM-in fəaliyyəti, üç il ərzində əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələri və BANM-də tədris prosesinin təşkili haqqında ətraflı məlumat verib. Rektor BANM-də dünya standartlarının tələblərinə cavab verən yüksəkixtisaslı ingilisdilli mütəxəssislər hazırlandığını qeyd edib. Görüşdə E.Qasımov həmçinin, BANM-də təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə dair verilən xüsusi önəmdən və tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan bəhs edib. O, Ali məktəbin Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlər ilə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib. 

Öz növbəsində, EURAS-ın prezidenti, professor Mustafa Aydın BANM-ə aldığı dəvət üçün rektor E.Qasımova təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. M.Aydın EURAS-ın 2008-ci ildə İstanbulda təsis edildiyini və Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti  özündə birləşdirdiyini qeyd edib. Professor EURAS-ın həyata keçirdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor-müəllim və tələbə heyətinin mübadiləsi, təqaüdlü proqramlar, yay təcrübəsi və məktəbləri haqqında ətraflı danışıb. Bundan başqa M.Aydın EURAS-ın birləşdirdiyi universitetlər arasında işbirliyinin gücləndirilməsini və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutduğunu bildirərək, BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.  
Görüşün sonunda tərəflər arasında gələcək əməkdaşlıq imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda görüşdən qarşılıqlı məmnunluq ifadə olunub. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Cəmiyyət 08:55
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
Cəmiyyət 20:59
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
BDYPİ sürücülərə çağırış edib
Cəmiyyət 20:19
BDYPİ sürücülərə çağırış edib
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Cəmiyyət 19:30
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Cəmiyyət 19:15
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Vardanyanın məhkəməsi təxirə salınıb
Cəmiyyət 19:08
Vardanyanın məhkəməsi təxirə salınıb
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Cəmiyyət 18:04
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Cəmiyyət 17:48
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Ucarda 14 nəfər zəhərlənib
Cəmiyyət 17:09
Ucarda 14 nəfər zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol