Azərbaycanda toyda 10 nəfər qidadan zəhərləndi

Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənib.
"Report”un xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Altun” restoranında keçirilən toy mərasimində baş verib.
Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır.
Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir.
Hazırda həmin şəxslərin hansı qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























