• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi: Azərbaycanda Sibir yarası təhlükəsi yoxdur

Nazirlik rəsmisi: Azərbaycanda Sibir yarası təhlükəsi yoxdur
06.08.2015 15:48
Azərbaycanda idxal-ixrac qaydalarına uyğun olaraq, ölkəyə mal-qara idxal olunursa, onlar mütləq karantində saxlanılır. Gətirilən sənəd əsasında onlara baxış keçirilir və müəyyən olunur ki, onlara hansı vaksinlər vurulub. Əgər həmin vaksinlər Sibir yarasına qarşı vurulubsa, bir də onlar müayinədən keçirilir.

Oxu.Az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Azərbaycanda Gürcüstandan idxal olunan mal ətinə qadağa qoyula bilərmi?” sualına cavab olaraq bildirib. 

Onun sözlərinə görə, müayinə və yoxlamalar başa çatdıqdan sonra həmin mal-qara və ətin satışına və ölkədə saxlanmasına icazə verilir. 

Nazirlik rəsmisi əmin edib ki, Azərbaycana idxal olunan mal-qara və mal əti daimi olaraq yoxlama və müayinədən keçirilir.

"Sibir yarası istifadə olunan əsas bioloji silahlardan biri olduğunu nəzərə alaraq bu məsələlər daim diqqətdə saxlanılır. Hazırda da bu mübarizə öz qüvvəsi ilə davam edir. Ölkədə Sibir yarası təhlükəsi yoxdur”.

Mətbuat xidmətinin rəhbəri Gürcüstandan alınan ətin qaçaqmal olduğunu da istisna etmir:

"Bu, qaçılmaz bir variantdır” - deyə, o əlavə edib. 

Qeyd edək ki, Gürcüstan KİV-də yayılan məlumata görə, Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinin Qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti ölkəyə gətirilən ət məhsullarına nəzarəti gücləndirib. 

Adıçəkilən qurumun mətbuat xidmətinin məlumatına görə, avqustun 5-dən 19-na qədər Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrindən (Gürcüstanla sərhəddə) Ermənistana şəxsi istifadə üçün iribuynuzlu mal-qaranın ətinin idxal edilməsini qadağan edib.

Qurumdan bildirilib ki, bu qərar Sibir xorasına yoluxmuş ətin sərhəddən ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün qəbul olunub. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol