• $
  • €
  • ₽
  • ₺
  • £

Qida zəhərlənmələri ilə bağlı sahibkarlara XƏBƏRDARLIQ

Qida zəhərlənmələri ilə bağlı sahibkarlara XƏBƏRDARLIQ
07.08.2015 18:08
Azərbaycanda mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəblərini diqqətlə araşdırılır. Bu məqsədlə müvafiq təhqiqat işləri həyata keçirilir.

Oxu.Az bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Dövlət sanitariya xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, qidanın hazırlanma, saxlanma, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması halları müəyyənləşdirilir. Qəbul olunmuş qidaların içərisində zəhərlənməyə səbəb olması ehtimal olunan qida müəyyənləşdirilir, qida qalıqlarından və xəstələrin mədə yuyuntusundan nümunələr götürülür və laboratoriya müayinələri aparılır.

Qeyd etmək lazımdır ki, vətəndaşlar tərəfindən qidanın ev şəraitində hazırlanmasına Dövlət sanitariya nəzarətinin həyata keçirilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmamışdır.

Ümumiyyətlə qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər. Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir. Belə hallar əsasən ilin isti aylarında müvafiq şərait olmadan qidanın lazımi temperaturda saxlanılmadan qəbulu hallarında baş verməsi əvvəllər qeydə alınmışdır.

Qida zəhərlənməsi baş vermiş ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlıq subyektlərinin sahibkarları və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yol verilmiş sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. Zəhərlənmə hallarının qarşısını almaq məqsədilə ictimai iaşə obyektləri tərəfindən bir sıra qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edir. İctimai iaşə obyektlərində sanitariya norma və qaydalarının tələblərinə əməl olunmalı, iaşə sahəsində çalışan işçilərin sanitariya-gigiyena qaydalarının tələbləri üzrə biliklərinin artırılmalıdır.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol