“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” - VİDEO

23:46 | 11.11.2019
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.
Anews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər. Bundan başqa, həm ölkə başçısı, həm də Birinci vitse-prezident gənclərlə şəkil çəkdiriblər.
Bu zaman gənclərdən biri Prezidentə şəkillə bağlı müraciəti ilə diqqət çəkib. Belə ki, o, İlham Əliyevə dövlət başçısı ilə çəkdirdiyi şəklin yaxşı düşmədiyini deyib və foto üçün yenidən cəhd etməyi xahiş edib. Bu zaman Prezident gəncin xahişinə müsbət cavab verib. Ölkə başçısı şəkil çəkiləndən sonra gəncdən yaxşı düşüb-düşməməsini yoxlamasını istəyib.

Həmin anın videosunu təqdim edirik


www.anews.az
loading...