Cənub-Şimal nəqliyyat dəhlizinin ötürücülük qabiliyyəti artırılır

17:59 | 19.05.2023
Cənub-Şimal nəqliyyat dəhlizinin ötürücülük qabiliyyəti artırılır

Cənub-Şimal nəqliyyat dəhlizinin ötürücülük qabiliyyəti artırılır

Azərbaycan 2030-cu ilə qədər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) ötürücülük qabiliyyətini ildə 15 milyon tona çatdırmaq üçün Rusiya Federasiyası ilə əməkdaşlığa hazırdır. Bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirib.

"Hər iki ölkə  nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Bu, Azərbaycanla Rusiya arasında yükdaşımaların həcmində müsbət artımı təmin edib. 2022-ci ildə ikitərəfli yükdaşımaların ümumi həcmi 21,5% artıb. Tranzit daşımaları 174% artıb”, - deyə Mustafayev "Rusiya - İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi prioritetdir.
 
"2022-ci ildə bu dəhlizlə tranzit yüklərin daşınması 1,5 dəfə artıb. Biz 2030-cu ilə qədər dəhlizin daşıma qabiliyyətini ildə 15 milyon tona çatdırmaq üçün əməkdaşlığa hazırıq”, - deyə o bildirib.

Mustafayev əlavə edib ki, Azərbaycan 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin artımına ümid edir. "2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 24% artıb. Bu il də belə dinamika davam edir, ümid edirik ki, daha yaxşı nəticələr əldə edəcəyik”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına toplanmış Rusiya sərmayələri təxminən 8 milyard dollar qiymətləndirilir.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM