Cənubi Koreyada "Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı üç əsas versiya açıqlanıb. Bu barədə "Yonhap” agentliyi məlumat yayıb.
Həmin versiyalar quşla toqquşma, mühərrikdə, eniş şassisində və əyləc sistemlərində problemlər, həmçinin fövqəladə vəziyyət zamanı uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmamasıdır.
Materialda bildirilir ki, ilkin araşdırma təyyarənin quşların vurması səbəbindən nasaz olduğunu göstərir. Eyni zamanda, bəzi analitiklərin fikrincə, "Boeing”də texniki problemlər ola bilərdi, çünki quşların zərbəsi bütün kritik sistemlərin sıradan çıxmasına səbəb ola bilməzdi.Ekspertlər hesab edir ki, belə bir qəzada təyyarənin həm mühərrikləri, həm də əyləcləri sıradan çıxmalı idi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !