Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir - İran XİN

23:07 | 09.04.2024
Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir - İran XİN

Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir - İran XİN

İran Cənubi Qafqazı geosiyasi rəqabətə çevirməməyə çağırıb. Bu barədə İranın

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Belçikanın paytaxtı Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqının üçtərəfli görüşünə münasibət bildirərkən deyib.

"İqtisadi əlaqələrin güclü olması və inkişafı çox vacibdir. Sülh əldə etmək üçün 3+3 formatından çıxış etmək lazımdır. Cənubi Qafqazı geosiyasi arenaya çevirmək qəbuledilməzdir",- o vurğulayıb.



Bugün  ABŞ Dövlət Departamentinin keçmiş müşaviri , analitik Ceyms Karden bildirib ki, Ermənistanın davamlı inkişafı naminə ABŞ Cənubi Qafqazdakı işlərə müdaxiləni dayandırmalıdır.

 

Bundan əvvəl İran dəfələrlə açıqlayıb ki, regionda beynəlxalq sərhədlərin dəyişməsinə səbəb olacaq hər hansı geosiyasi dəyişikliyi qəbul etmir.

 

Gülnar Nazimqızı 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM