Cənubi Sendviç adalarının sahilində 6,2 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 10:48-də (Bakı vaxtı ilə 17:48) Cənubi Georgiya və Cənubi Sendviç adaları akvatoriyasında qeydə alınıb. Yeraltı təkanların ocağı 78 km dərinlikdə yerləşib.
Təbii hadisədən sonra dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !