• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Cərimələr artırılmalıdır" - TƏKLİF

26.06.2020 18:09

"Karantin dövründə qaydaları pozmağa, fərdi qoruyucu vasitələrdən istifadə etməməyə, o cümlədən, qapalı məkanlarda və təlimatda nəzərdə tutulan digər yerlərdə maska taxmamağa görə cərimələr müəyyən olunub”,  bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, ötən dövrün təcrübəsi göstərir ki, cərimələrin məbləği təsirli nəticələr üçün yetərli deyil: "Eyni zamanda aşağı məbləğdə cərimələr inzibati xətanın ağırlığına adekvat deyildur. Artıq dünyada koronavirusa görə karantin rejiminin və maskadan istifadənin pozulması həm də, cəmiyyətə hörmətsizlik və qəsd kimi də qiymətləndirilir”.

Komitə sədri qeyd edib ki, karantin rejiminin pozulmasına, o cümlədən, qapalı məkanlarda maskadan istifadə olunmamasına görə cərimələrin məbləği xeyli artırılmalıdır: "Əlbəttə, cərimə məbləğinin artırılması vətəndaşı cəzalandırmaq məqsədi daşımır, əksinə, onun sosial məsuliyyətinin yüksəlməsinə, intizamın artmasına xidmət edir. 

Analoji qaydalar digər ölkələrdə, o cümlədən, qonşularımız Türkiyədə, Rusiyada və Gürcüstanda da tətbiq edilmiş və müsbət nəticə verib. Türkiyədə karantin rejiminin pozulması, o cümlədən maska taxmamağa görə cərimələrin məbləği 370- 3000 lirə arasında dəyişir, Gürcüstanda karantin rejiminin pozulmasına görə fiziki şəxslər 2 min lari ( 670 dollar) , hüquqi şəxslər 10 min lari (3300 dollar) cərimə olunur, Rusiyada karantin rejiminin pozulmasına görə fiziki şəxslər 15 mindən 40 min rubla qədər (214 və 570 dollar), hüquqi şəxslər 150 min-500 min rubl (2152 və 7150 dollar), maska taxmamağa görə fiziki şəxslər 5000 rubl (120 manat) məbləğində cərimə olunurlar. Heç şübhəsiz ki, koronavirusla mübarizədə təşkilati- institusional tədbirlərlə yanaşı, vətəndaş məsuliyyətini artıran cərimə və nəzarət tədbirlərinin gücləndirilməsinin də əhəmiyyəti böyükdür”.
 
(Report)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol