Aprel ayında Ceyhan limanından satılan Azərbaycan neftinin həcmi artıb.
ANN.Az SOCAR-a istinadən xəbər verir ki, 2015-ci ilin aprel ayı ərzində 2 milyon 377 min 338 ton Azərbaycan nefti Ceyhan limanından (2015-ci ilin mart ayı ərzində 2 milyon 037 min 735 ton neft) dünya bazarlarına çıxarılıb.
SOCAR-ın məlumatına görə, bu həcmin 1 milyon 370 min 883 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 9 milyon 239 min 395 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il may ayının 1-ə qədər Ceyhan limanından 271 milyon 178 min 485 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !