Ceyhun Bayramov: Eritreyada saxlanılan gəmilər ilə bağlı danışıqlarda müsbət dinamika var

13:41 | 20.01.2025
Ceyhun Bayramov: Eritreyada saxlanılan gəmilər ilə bağlı danışıqlarda müsbət dinamika var

Ceyhun Bayramov: Eritreyada saxlanılan gəmilər ilə bağlı danışıqlarda müsbət dinamika var

Azərbaycanın Eritreyada saxlanılan gəmiləri ilə bağlı danışıqlarda müsbət dinamika var. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib.
 
"Noyabrdan baş verən prosesdir. Üzərindən xeyli vaxt keçib. İlk məlumat daxil olan kimi XİN-nin diplomatik missiyaları fəaliyyətə başladı. Bildiyimiz kimi bizim orada diplomatik təmsilçiliyimizi yoxdur. Qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də danışıqlar aparırıq.  Təmaslar qurulub. Son həftələrdə müsbət dinamikanı görürük",- Ceyhun Bayramov 20 yanvar şəhidlərini ziyarət edərdək jurnalistlərə açıqlamasında bildirib.
 
Yanvarın 8-də Azərbaycan Xarici İşlər Nazirliyi Eritreyaya 3 gəmi və heyətin girov götürülməsi ilə bağlı nota verib.
 
Bir gün əvvəl mətbuatda Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı məlumatlar paylaşılıb. 
 
Bundan sonra Dövlət Dəniz və Liman Agentliyi açıqlama yayaraq bu xəbəri təsdiq edib və bildirib ki, dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
 
Mətbuatda saxlanılan gəmilərdə 18 nəfərin Azərbaycan vətəndaşı olmasına dair da xəbərlər paylaşılıb. 

 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti