Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşûb

18:34 | 19.12.2023
Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşûb

Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşûb


Bu gün xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüş keçirib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, habelə İƏT-in Əfqanıstanda fəaliyyəti və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bu il Bakıda İƏT-in Əmək Mərkəzinin açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub. Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Müzakirələr zamanı tərəflər Əfqanıstanda sülh və sabitliyin əhəmiyyətini vurğulayıblar. İƏT Baş katibinin nümayəndəsi Əfqanıstan üzrə təmasları və görüşləri, eləcə də Təşkilatın bölgədə planları barədə ətraflı məlumat verib.

Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izləndiyi vurğulanıb.
Tərəflər eyni zamanda, ölkəmiz ilə İƏT arasında mövcud humanitar, sosial və mədəni əməkdaşlıqdan məmnun olduqlarını bildirib, birgə mədəni tədbirlər üzrə planlar ilə bölüşüblər.

Tərəflər eyni zamanda, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM