• $ 1.7
  • € 1.9735
  • ₽ 0.021877
  • ₺ 0.04
  • £ 2.2468

Ceyhun Bayramov norveçli nazirlə görüşüb

Ceyhun Bayramov norveçli nazirlə görüşüb
16.11.2024 19:55

Noyabrın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşüb.Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlığın perspektivləri, COP29 sədrliyindən irəli gələn məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov COP29 sədrliyimiz, aparılan danışıqlar prosesi haqqında məlumat verərək, Azərbaycanın iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığı səyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyinin razılaşdırılmasının gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqların əldə olunduğu diqqətə çatdırılıb.

Qarşı tərəf həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və postmünaqişə dövründə bölgədə vəziyyət,Azərbaycanın sülh səyləri barədə qarşı tərəfə məlumat verib,Ermənistanın yaratdığı mina təhdidi diqqətə çatdırılıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hansı hallarda separatçı ölkələrin qatıldığı tədbirlərdə iştirak edə bilər?
Siyasət 17:45
Azərbaycan hansı hallarda separatçı ölkələrin qatıldığı tədbirlərdə iştirak edə bilər?
Abbas Əraqçi Azərbaycana səfər edəcək
Siyasət 16:34
Abbas Əraqçi Azərbaycana səfər edəcək
Prezident AzərGold-la bağlı sərəncam verib
Siyasət 15:42
Prezident AzərGold-la bağlı sərəncam verib
Nazir Britaniyanın dövlət naziri Stefan Dauti ilə görüşüb
Siyasət 14:31
Nazir Britaniyanın dövlət naziri Stefan Dauti ilə görüşüb
Putinin mətbuat konfransı dekabrın 19-da keçiriləcək
Siyasət 10:40
Putinin mətbuat konfransı dekabrın 19-da keçiriləcək
Sabah Armen Qriqoryan və Hikmət Hacıyev eyni paneldə çıxış edəcək
Siyasət 10:34
Sabah Armen Qriqoryan və Hikmət Hacıyev eyni paneldə çıxış edəcək
Bayramov Hakan Fidanla görüşüb
Siyasət 09:12
Bayramov Hakan Fidanla görüşüb
Baş prokuror ABŞ-də rəsmi səfərdə olub
Siyasət 20:50
Baş prokuror ABŞ-də rəsmi səfərdə olub
Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başlayıb
Siyasət 20:34
Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol