Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşüb

18:25 | 31.01.2025
Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşüb

Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşüb.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, 2025-ci ilin birinci yarısında Azərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək Azərbaycanın Təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın regional iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindən bəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrini birləşdirən "yaşıl enerji” dəhlizi layihəsinin, habelə "Orta Dəhliz”in inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdən olduğu qeyd edilib.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs edən tərəflər, ötən il Azərbaycanda keçirilən bu mötəbər tədbir çərçivəsində yeni iqlim maliyyəsi hədəfi, karbon bazarları, İtki və Zərər Fondu ilə bağlı bir sıra vacib qərarların qəbulunun əhəmiyyəti, iqlim fəaliyyəti üzrə QDİƏT-də birgə fəaliyyətin vacibliyi vurğulanıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM