Ceyms Uorlik Ermənistana gedir

12:00 | 19.07.2015
Ceyms Uorlik Ermənistana gedir

Ceyms Uorlik Ermənistana gedir

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Uorlik bu barədə Twitter səhifəsində yazıb.
 
Amerikalı həmsdər bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaq üçün iyulun 20-də İrəvana səfər edəcək.


ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (RF)

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb. Minsk Qrupu — Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var. 

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM