"Vətəndaş
Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Cəzaçəkmə
müəssisələrində İİV/QİÇS -ə qarşı mübarizə və İİV/QİÇS-li məhkumlara
psixo-sosial dəstək” layihəsini həyata keçirib.
Layihə cəzaçəkmə müəssislərində məhkumlar
arasında İİV/QİÇS haqqında maarifləndirmə və İVV/QİÇS-lə münasibətdə yüksək
riskli şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin
məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə
psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir.
İnsanın immuniteti ilə əlaqəli
olan "insan immunçatışmamazlığı virusunun yayılması üçün münbit şərait
yaranmışdır. Belə İİV/QİÇS ilbəil artmaqdadır. İnfeksiyon xəstəliklərin
insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli
olur. İİV/QİÇS qanla, cinsi yolla və anadan uşağa yolları ilə yoluxur.
Virusun
yeganə mənbəyi məhz insandır. Məlumatlılıq səviyyəsinin yüksək olması virusun
da bir də yoluxma yollarının qarşısını alır. Ani bir diqqətsizlik virusun
ötürülməsinə səbəb ola bilər. Ölkəmizdə daha çox inyeksion narkotik arasında
yayılan virus sonu ölümlə nəticələnən xəstəliklərə səbəb olur.
Cəzaçəkmə müəssisələrində olan məhkumların infeksion
xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb
olur. Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial
adaptasiya problemləri də yaranır.
Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti
institutları və dövlət qurumlarının əməkdaşlığı məqsədəmüvafiqdir. "Vətəndaş Cəmiyyəti
Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura və Qlobal Fond ilə əməkdaşlıq
çərçivəsində cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr
həyata keçirmişdir. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə
davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə
aparılmadıqda yoluxma sayı artır.
Məhz layihə vasitəsilə cəzaçəkmə müəssisələrində
İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara
psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə
çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri
həyata keçirilmişdir. Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər,
infeksiyon xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial
adaptasiyası haqda məlumatlar verilib.
Görüşlər zamanı ilkin psixo-sosial
yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !