"Charlie Hebdo" jurnalına silahlı basqının ildönümüdür

13:36 | 07.01.2016

"Charlie Hebdo" jurnalına silahlı basqının ildönümüdür

"Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücumların ildönümü  münasibətlə bu gün 80-ə yaxın söz azadlığını müdafiə edən təşkilat bütün dünyada yazıçıların, jurnalistlərin, sadə insanların ifadə azadlığı mövzusunda tədbirlər keçirirlər. Xüsusən PEN təşkilatları fəaldır.

Həmin gün silahlı basqın nəticəsində aralarında jurnalistlər, karikaturaçılar olan 12 nəfərin həlak olmasını anan "PEN International" təşkilatının bəyanatında deyilir:

"Keçən ilin yanvar ayında Paris küçələrində keçirilmiş nümayişlərdə dünya liderlərinin göstərdiyi həmrəyliyə, "Bir daha olmasın!" arzularına baxmayaraq, bu ötən ildə də Malayziyadan Səduiyyə Ərəbistanına qədər, dünyada söz azadlığına görə həbslər və qətllər davam etdi.

Fərdlər dövlət müdaxiləsi olmadan sərbəst kommunikasiya qura bilməli, düşündüklərini deyə bilməlidirlər." /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM