Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək.
"CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti [Şimali] Kiprə etdim <…> Daha sonra Azərbaycandan randevu istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – o qeyd edib.
Siyasətçi "qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını” açıqlayıb.
Aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !