İngiltərənin "Mail on Sunday" qəzetinin ələ keçirdiyi və iki ay öncəsinə aid görüntülərdə "Cihatçı Con" ləqəbi ilə tanınan londonlu İŞİD cəlladı Muhammed Enwazi Böyük Britaniyaya qayıdacağını və "baş kəsməyə davam edəcəyini" deyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qəzet 1 dəqiqə 17 saniyəlik videonun sadəcə 8 saniyəlik hissəsini yayımlayıb. Qəzetin yazdığına görə, 27 yaşlı İŞİD cəlladının adı dünya ictimaiyyətinə məlum olduğundan sonra ilk dəfədir ki, onun görüntüləri əldə edilir. Mobil telefonla çəkilən video-yazı Suriyanın Deyr ez-zor adlı şəhərində çəkildiyi bildirilir.
Enwazi son dəfə yapon əsir Kenji Gotonun yanvar ayında yayımlanan infaz videosunda görünmüşdü. İlk dəfə isə o, ABŞ jurnalisti Steven Sotloff, ingilis hüquq müdafiəçisi David Haines, ingilis taksi sürücüsü Alan Henninq və ABŞ vətəndaşı Abdulrəhman Kassiq-in edam videolarında yer alıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !