Cinayətkar erməni qrupu saxlanıldı

15:54 | 27.05.2014
Cinayətkar erməni qrupu saxlanıldı

Cinayətkar erməni qrupu saxlanıldı

Kaliforniyada böyük cinayətkar erməni qrupu saxlanılıb.ANS PRESS-in məlumatına görə, 4 illik araşdırmanın nəticəsinə görə, Kaliforniya ştatında dələduzluğa görə 18 insan axtarışa verilib. Adları müəyyənləşən cinayətkarlar avtomobil oğurluğunda və sığorta üzrə dələduzluqda ittiham edilirlər."The Los Angeles Times" qəzeti qeyd edib ki, kredit kartları ilə pul vəsaitləri ilə "Mersedes", "Audi", "BMW" və "Lexus" markalı 21 avtomobil alan dəstə daha sonra qəsdən avtomobillərlə qəza törədiblər. Dəstənin məqsədi bu yolla sığorta şirkətlərindən pul kompensasiyaları almaq olub. Erməni dəstənin əməllərindən 11 sığorta şirkəti zərər çəkib.Bildirilib ki, xüsusi əməliyyatlarda hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı iştirak edib. Əməliyyat nəticəsində 13 nəfər həbs edilib, bir nəfər könüllü təslim olub, 4 nəfər isə axtarışa verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti