Dekabrın 1-də Premium kinoteatr "CinemaPlus”da azərbaycanlı aktyorların iştirakı ilə Azərbaycan dilində "Amerika pastoralı” Hollivud filminin premyera öncəsi qapalı nümayişi təşkil olunub.
Filmin mövzusuna uyğun bəzədilmiş foyedə qonaqlar üçün furşet təşkil edilib. Həmin gecə kinoteatrın qonaqları, şou biznes ulduzları, məşhur jurnalistlər, bloggerlər və tanınmış iş adamları iştirak ediblər.
Qaynarinfo.Az xəbər verir ki, "Amerika pastoralı” filmi 2016-cı ildə "Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın rejissoru Cəfər Axundzadə, baş redaktor Xətai Əli, produser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, Post-prodakşn supervayzer Vüqar İslamzadədir.
Dublyajın baş redaktoru Xətai Əli Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, hər zaman izləyicilər şikayət edirdilər ki, xarici filmlər niyə heç olmasa subtitrlərlə da olsa Azərbaycan dilində verilmir: "Bütün bunları nəzərər alaraq, qərara gəldik ki, xarici filmləri dublyaj edək. İlk olaraq da "Amerika pastoralı”filmini dublyaj etdik"
Xətai Əli həmçinin qeyd edib ki, "Cinemazadeh” studiyası təkcə dublyajla məşğul olmayacaq: "Filmlərin çəkilişi ilə də məşğul olacağıq. Həmçinin ölkənin başqa kinoteatrları ilə də əməkdaşlıq edəcəyik. Filmin səsləndirilməsində Tural Əsədov, Pərvin Abıyeva, Oksana Rəsulova, Afaq Gəncəli, Səid Nizami, Gülnarə Zülalova, Ramil Zeynallı, Xətai Əli, Xumar Quluzadə, Xələf Cəfərov, həmçinin, Azərbaycan Respublikasının Xalq artisti Fuad Poladov iştirak ediblər.
"Amerika pastoralı” filmi amerikalı yazıçı Filip Rotun eyni adlı romanı əsasında çəkilib. Filmdə nümunəvi amerikalı – qanuna tabe olan vətəndaş, sevən ər və qayğıkeş ata, atasının vəfatından sonra varisi olmuş öz fabrikində işləyən sahibkar haqqında danışılır. Amerika cəmiyyəti belələrin üzərində dayanır. 60-cı illər gəlir və sevimli qızı evdən qaçıb siyasi terror yoluna düşdükdən sonra bu iddiliya dağılmağa başlayır.
Dramın rejissoru məşhur şotland aktyoru Yuen MakQreqordur. Baş rollarda Yuen MakQreqor, Ceniffer Konnelli və Dakota Fannin çəkiliblər.
Film dekabr ayının 1-dən etibarən kinoteatrlarda nümayiş edilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !