Ukraynada 14 aydır davam edən konflikt Rusiya işğalının doğurduğu humanitar faciədir. Bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Brukinq İnstitutundakı çıxışı zamanı Ağ Evin Rusiya siyasətinin şərh edərkən deyib.
"Putinin Ukraynaya müdaxiləsi daha çox onun opportunizmi idi, nəinki düşünülmüş strategiyası. Mahiyyət etibarilə bu adam çox praktikdir və mənim fikrimcə, o vaxta kimi o, irəli gedəcək ki, qarşısında layiqli güc görəcək” – deyib vitse-prezident.
"Öz çıxışında vitse-perzident açıq şəkildə buna işarə vurub: o və Obama əmindirlər ki, Putinin davam edən təzyiqlərini dayandırmağın yeganə yolu onun qarşısında aşılmaz maneə yaratmaqdır. Bununla belə, Bayden qeyd edib ki, Amerikanın hədəfi Putini küncə sıxmaq, Rusiyadakı rejimi dəyişmək deyil” – bildirib institut prezidenti Strob Telbot.
Baydenin çıxışında "Krım” sözü bir dəfə də işlənməyib. Ekspertlər bunu belə izah edirlər ki, hazırda Ağ Evdən ötrü əsas prpblem Minsk anlaşmasının yerinə yetirilməsidir. Krımın qaytarılması isə uzunmüddətli məsələdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !