ABŞ xarici işlər naziri Con Kerrinin həkimləri onun haqqında ilk rəylərini açıqlayıblar.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, velosipeddən yıxılaraq bud sümüyünü sındıran nazirin keçirdiyi cərrahi əməliyyat uğurla nəticələnib. Artıq bugündən Con Kerri ayağa qalxa bilər.
Qeyd edək ki, 71 yaşlı nazir keçən həftə Fransada velosiped sürərkən yıxılmış və bud sümüyünü sındırmışdı. Həkiminin sözlərinə görə, onun hazırkı durumu xarici işlər naziri kimi vəzifəsini həyata keçirməyə mane olmur.
Velosiped sürməyi sevən Con Kerri həmin günlərdə İsveçrəyə getməli və İranın nüvə proqramının gələcəyinə dair iclasa qatılmalı idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !