Con Kerridən Putinin ünvanına kəskin ifadələr

12:41 | 19.03.2014
Con Kerridən Putinin ünvanına kəskin ifadələr

Con Kerridən Putinin ünvanına kəskin ifadələr

ABŞ-ın Dövlət Katibi Con Kerri Rusiya Prezidenti Vladimir Putinin ünvanına kəskin ifadələr işlədib. Kerri Rusiya prezidentinin Krımın Rusiya daxil edilməsinin qanuni olduğunu bildirməsindən təəccübləndiyini və bununla razılaşmadığını bəyan edib. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Dövlət Departamentində tələbələrlə görüşündə çıxış edən Kerri bildirib: "Bunun baş verənlərlə və reallıqla heç bir əlaqəsi yoxdur, bu, gülüncdür. Ola bilər ki, Rusiya prezidentinin tarix barədə öz versiyası var, ancaq mən əminəm ki, o və Rusiya etdikləri bu hərəkətlərə görə, tarixin yanlış yolundadırlar".

Kerri Rusiya Krım yarımadasının işğalını davam etdirəcəyi təqdirdə, ABŞ-ın hansı addımları atacağı barədə danışmayıb.

Dövlət Katibi Rusiyanın Krımdan o tərəfə gedəcəyinə inanmadığını bildirib. O, Putinin çıxışı zamanı Ukrayna ilə tarixi əlaqələrə istinad gətirməsini anladığını və bu əlaqələri etiraf etdiyini, ancaq bunun işğal üçün bəhanə olmadığını deyib. 

Kerri deyib: "Rusiyanın Ukrayna ilə böyük tarixi münasibətləri var. Biz bunu bilirik. Ola bilər sən bunu istəyirsən, ola bilər sən Soyuq Savaşın və Sovetlər Birliyinin çöküşündən hirslisən, ancaq bütün bunlar səni istədiyini götürmənə səbəb ola bilməz". 

"Rusiya Soyuq Savaşı uduzub və artıq bununla barışmalıdır", - ABŞ-ın Dövlət Departamentinin rəhbəri çıxışında bildirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM