Con Kerridən Rusiyaya xəbərdarlıq

16:46 | 30.05.2014
Con Kerridən Rusiyaya xəbərdarlıq

Con Kerridən Rusiyaya xəbərdarlıq

"Regionda vəziyyət daha da qəlizləşəcək"

ABŞ dövlət katibi Con Kerri Ukrayna-Rusiya münaqişəsinə Çeçen muxtariyyətinin başçısı Ramzan Kadırovun dəstəsinin cəlb olunmasından narahatlığını bildirib. 

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, Kerrinin sözlərinə görə, onlarda çeçen muzdlularının Ukraynadakı döyüşlərdə iştirak etməsinə dair faktlar mövcuddur.

Dövlət katibi çeçenlərin Ukrayna ərazisinə Rusiya sərhəddindən asanlıqla keçdiyini bildirib: “Onlar çox asanlıqla müxtəlif yollarla Ukrayna ərazisinə keçir və orada əməliyyatlarda iştirak edirlər. Rusiya hökuməti bu halların qarşısını almalıdır, əks halda, regionda vəziyyət daha da qəlizləşəcək”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM