COP29 çərçivəsində ölkəyə gətirilən mallar vergidən azad edilib

18:28 | 06.06.2024
COP29 çərçivəsində ölkəyə gətirilən mallar vergidən azad edilib

COP29 çərçivəsində ölkəyə gətirilən mallar vergidən azad edilib


Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarda dəyişiklik edib.Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamın icrasını təmin etmək məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin təsdiqedici sənədinə əsasən COP29 beynəlxalq tədbiri çərçivəsində ölkəyə gətirilən mallar vergidən azad edilir.

Bu qərar 2024-cü il martın 1-dən tətbiq olunur və 2024-cü il dekabrın 1-dək qüvvədədir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM