COP29-da iştirak üçün 32 min nəfər qeydiyyatdan keçib

17:46 | 21.10.2024
COP29-da iştirak üçün 32 min nəfər qeydiyyatdan keçib

COP29-da iştirak üçün 32 min nəfər qeydiyyatdan keçib

29-cu BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) sessiyasında iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı artıq 32 min nəfəri ötüb. Bu barədə  COP29-un Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.


 COP29-da iştirak üçün qeydiyyat prosesi cari ilin 24 iyun tarixində başlayıb. Əksər nümayəndə heyətlərinin tədbirə yaxın tarixlərdə qeydiyyat üçün müraciət etməsi tendensiyasını nəzərə alaraq, növbəti həftələrdə konfransda iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayının daha da artacağı gözlənilir.

 

COP29 işıqlandırmaq üçün 2500 xarici KİV nümayəndəsi müraciət edib. KİV-lərin qeydiyyatı oktyabrın 21-i 23.59-da bitir. 

 

COP29 noyabrın 11-22 arası Bakının Olimpiya stadionunda keçiriləcək. Bu toplantıda ölkələr iqlim  dəyişmələrinə nə qədər vəsait ayrılacağı barədə yekdil rəyə gəlməlidirlər. 

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM