• $
  • €
  • ₽
  • ₺
  • £

Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib

Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
11.09.2026 21:54

Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edilib.Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  məlumat verilib.

Orden Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Yevdayevə təqdim olunub.

Təqdimat mərasimində çıxış edən Komitə sədri Ramin Məmmədov Azərbaycanda dini tolerantlığın və müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşamasının ölkənin əsas xüsusiyyətlərindən biri olduğunu bildirib.

O, milli-mənəvi dəyərlərin qorunması, dini irsin yaşadılması və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlərin həyata keçirildiyini qeyd edib.

Məmmədov həmçinin məscid, kilsə və sinaqoqların bərpa və yenidənqurma işlərinin aparıldığını, bu zaman onların tarixi-memarlıq xüsusiyyətlərinin qorunduğunu deyib.

Heydər Əliyev Fondunun da dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr həyata keçirdiyi bildirilib.

Milix Yevdayev göstərilən diqqətə və etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ordenlə təltif olunmasını böyük şərəf və məsuliyyət kimi qiymətləndirib.

Prezident İlham Əliyevin iyulun 25-də imzaladığı sərəncamla Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol