COP29 əməkdaşlarının geyim dizaynı müəyyənləşib

13:32 | 21.10.2024
COP29 əməkdaşlarının geyim dizaynı müəyyənləşib

COP29 əməkdaşlarının geyim dizaynı müəyyənləşib

2024-cü il noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində işə cəlb ediləcək 10 000 nəfərdən artıq əməkdaşın istifadə edəcəyi uniformanın dizaynı  ictimaiyyətə açıqlanıb. Bu barədə  COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

COP29 korporativ rəng və üslubuna uyğun hazırlanan bu geyim formaları konfrans çərçivəsində müvafiq əməliyyatların təşkilində və icrasında iştirak edəcək heyət üzvləri arasında bərabərliyi, komanda ruhunu və ekoloji məsuliyyəti vurğulamaq məqsədilə vahid stildə işlənib.
 
İşçilərin rahatlığını və funksionallığını təmin etmək üçün xüsusi olaraq dizayn edilən uniforma dəstlərinə uzunqol və qısaqol polo köynəklər, şalvarlar, kepkalar, hudi jiletlər, bel və çiyin çantaları daxildir. 

COP29 iqlim konfransının formatına uyğun olaraq, uniforma komplektlərinə daxil olan elementlərdə dayanıqlılıq prinsipi əsas götürülüb.

Bu geyimlər təkrar emal edilə bilən materiallardan hazırlanıb.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM