• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

“COP29 ərəfəsində 2 stansiyanın təməli qoyulacaq- NAZİR

“COP29 ərəfəsində 2 stansiyanın təməli qoyulacaq- NAZİR
01.03.2024 15:17
2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq. Bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.
 
"Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui ilə karbohidrogen və bərpa olunan enerjinin istehsalı-ixracı sahələrində regional əhəmiyyətli əməkdaşlığımıza dair səmərəli müzakirələrimiz olub. COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməlini qoymağı razılaşdırdıq”, - nazir "X” sosial hesabında paylaşıb.
 
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Muxtar Babayev COP29-un Prezidenti təyin edilib.

Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol