• $ 1.7
  • € 2.0001
  • ₽ 0.021587
  • ₺ 0.0426
  • £ 2.315

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib
01.08.2024 23:51
COP29 sədrliyi "İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq foto müsabiqəsinə start verib.

Bu barədə COP29-un "X”dəki səhifəsi məlumat yayıb.
"Dünyanın hər yerindən fotoqraflar iqlim dəyişmələrinin mahiyyətini öz fotoobyektivləri vasitəsilə ifadə etməyə, iqlim problemlərinin icmalara, landşaft və ekosistemlərə təsirini nümayiş etdirməyə dəvət olunur”, - paylaşımda qeyd edilir.

Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə ahəngdə olaraq dünyanın hər yerində məskunlaşan icmalara, onların mədəni həyatı və ətraf mühitin qorunmasındakı roluna, eyni zamanda iqlim dəyişmələrinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan flora və faunaya yönəlib. Belə ki, meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələrinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular layihənin tematik əsasını təşkil edir.

Ümumilikdə, müsabiqəyə qəbul edilən fotoşəkillər "İqlim dəyişmələrinin təsirləri”, "Iqlim həlləri və innovasiyalar”, "Gənclər və təhsil”, "Flora və fauna” olmaqla dörd müxtəlif kateqoriya üzrə təsnifatlandırılacaq. Fotoşəkillər yaradıcı yanaşma, texniki bacarıq, təsirli mesaj mahiyyəti kimi müxtəlif meyarlar üzrə ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək. Qalib fotoqrafların çəkdiyi fotoların COP29 konfransı zamanı xüsusi ekspozisiyada yer alması onlara öz istedadlarını dünyaya tanıtmağa imkan yaradacaq.Bununla yanaşı, seçilən fotoşəkillər konfransın rəsmi veb-saytı və sosial media kanalları daxil olmaqla müxtəlif platformalarda geniş nümayiş etdiriləcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:00
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Yuxarı Qarabağ kanalında kişi meyiti tapılıb
Cəmiyyət 21:21
Yuxarı Qarabağ kanalında kişi meyiti tapılıb
Sabirabadda qadın doğuş zamanı ölüb
Cəmiyyət 19:31
Sabirabadda qadın doğuş zamanı ölüb
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər
Cəmiyyət 19:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər
Zığ şosesi yaxınlığında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:30
Zığ şosesi yaxınlığında baş verən yanğın söndürülüb - Yenilənib
Sosial şəbəkələrdən fərqlənməyən medialar... -TƏHLİL
Cəmiyyət 18:11
Sosial şəbəkələrdən fərqlənməyən medialar... -TƏHLİL
Qarabağ Universitetində yeni fakültə açılır
Cəmiyyət 18:03
Qarabağ Universitetində yeni fakültə açılır
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Cəmiyyət 17:00
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Cəmiyyət 16:37
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol