COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq

12:57 | 18.10.2024
COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq

COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq

COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq. Bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

"COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, - o deyib.
 
Soltanovun sözlərinə görə, bu barədə yayılan məlumatlar  dezinformasiya xarakteri daşıyıb. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilən rəsmi məlumatları əsas götürməyə çağırıb.
 
Prezidentin  röməkçisi Anar Ələkbərov da bu gün "Olimpiya " stadionuna  mediatur zamanı COP29 dövründə şəhər sakinləri üçün hər hansı məhdudiyyətlərin qoyulmayacağını deyib. 
 
"Bütün obyektlər işləyəcək. Bu ölkə başçısının göstərişidir. Prezident şəhər sakinlərinə mane olmamaq şərti ilə qonaqların yüksək  səviyyədə qəbulunu təşkil etməyi tapşırıb. Sədərək, binə Ticarət mərkəzləri çalışacaq. İnsanların toy etməsinə hər hansı qadağaların qoyulacağı ilə bağlı şayələr əsassizdir",  -  Ələkbərov bildirib. 
 
 
N.Təbrizli 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM