• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib
19.07.2024 19:25
Ekoloji  maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv  təcrübənin qazanılması, həmçinin ölkədə irimiqyaslı və qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində peşəkar gənclərin yetişdirilməsi məqsədilə  təsis edilən COP29 Akademiyasının açılış mərasimi keçirilib.

Mərasimdə, test və müsabiqələr nəticəsində 360 namizəd arasından COP29 Akademiyasına qəbul olunan 29 gəncin adı açıqlanıb. 

Tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev,  COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova iştirak edib. 

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev çıxış edərək Akademiyaya qəbul olunmuş gəncləri təbrik edib, iqlim dəyişmələri ilə mübarizə sahəsində bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb və bildirib ki, iqlim dəyişmələri ilə mübarizədə müasir texnologiya və innovasiyaları təqdim etmək potensialı ilə gənclərin qlobal tədbirlərdə iştirakının böyük önəmi var. 

COP29 Akademiyasının seçim mərhələsi və tədris proqramı barəsində ətraflı məlumat verən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qeyd edib ki, Akademiyada tədris prosesi sentyabr ayının əvvəlinə qədər davam edəcək və müxtəlif modullardan ibarət Akademiyanın tədris proqramı çərçivəsində  iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf üçün imkanlar təklif edilməklə onların layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara və dayanıqlılıq sahəsində biliklərə yiyələnməsinə şərait yaradılacaq. 

COP29 Akademiyasının xüsusi fərqlənən iştirakçıları Əməliyyat Şirkətində müxtəlif funksiyalar üzrə işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol