Coco-Cola COP29-da tullantıların azaldılmasına dair beynəlxalq konfranslarda iştirak edəcək
![Coco-Cola COP29-da tullantıların azaldılmasına dair beynəlxalq konfranslarda iştirak edəcək Coco-Cola COP29-da tullantıların azaldılmasına dair beynəlxalq konfranslarda iştirak edəcək](https://anews.az/photo/850x500/2024-10/1729500883_aec1d005-d8b2-4fbe-9667-45314358c526.jpeg)
Coco-Cola şirkəti COP29 ərəfəsində tullantıların azaldılmasına dair bir sıra beynəlxalq konfranslarda iştirak edəcək. Bunu Coco-cola şirkətinin Avrasiya regionu üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev bildirib.
"Dünyanın iqlim gündəliyinin Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli bir hadisədir. Ətraf mühit mövzusunda önəmli müzakirələr keçiriləcək. Beynəlxalq medianın da iştirakı ilə dünya əhalisinə düzgün məlumatların çatdırılması çox önəmlidir. Coco-Cola şirkəti COP29 çərçivəsində tullantıların azaldılmasına dair bir sıra beynəlxalq konfranslarda iştirak edəcək. Coco-Cola bu sahədə təşəbbüslər həyata keçirəcək və tullantıların azaldılmasına hədəflənən strategiyası olacaq. Ümid edirik ki, bu müzakirələr sayəsində əməlli nəticələr ortaya çıxacaq”,- Elşad Fərzəliyev oktyabrın 21- də Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.
COP29 Bakıkda 2024-cü il noyabrın 11-22 arası keçiriləcək. Ölkəyə 60-a yaxın ölkənin prezidentinin və minlərlə qonağın gələcəyi gözlənilir.
Aytac Zeynalova
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)