• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

COP29-la əlaqədar bəzi küçə və prospektlərdə monitorinqlər aparılacaq

COP29-la əlaqədar bəzi küçə və prospektlərdə monitorinqlər aparılacaq
29.10.2024 19:01

COP29 konfransı ərəfəsində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə geniş miqyaslı monitorinqlər davam etdirilir.

COP29 Əməliyyat Şirkətindən verilən xəbərə görə, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərini əhatə edəcək.
 
Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.

Cari ay ərzində baş tutan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsönüdrümə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol