• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Əliyev : Azərbaycanda heyvandarlıq sektorunda sistemli problemlər qalıb

Zaur Əliyev : Azərbaycanda heyvandarlıq sektorunda sistemli problemlər qalıb
17.12.2025 15:55

Azərbaycanda heyvandarlıq sahəsində cins heyvanların azlığı, yem təminatındakı çətinliklər, aşağı məhsuldarlıq və maliyyə resurslarına çıxışın məhdudluğu sektorun inkişafına ciddi maneələr yaradır. Bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bildirib. 

Onun sözlərinə görə, hazırda ölkə üzrə ümumi heyvan tərkibində cins heyvanların payı cəmi 3 faiz təşkil edir ki, bu da heyvandarlıq məhsullarının istehsalında məhsuldarlığın aşağı səviyyədə qalmasına səbəb olur.

Zaur Əliyev bildirib ki, ətlik istiqamətdə kökəltmə üçün nəzərdə tutulan heyvan materialının sayı illər üzrə azalır. Yerli cinslər üzrə məhsuldarlıq zəifdir və nəticədə heyvanlar aşağı çəki ilə kəsilir. Statistik göstəricilərə əsasən, iri buynuzlu heyvanların orta kəsim çəkisi 150 kiloqram, xırda buynuzlu heyvanların isə 14 kiloqram təşkil edir.

“Heyvanların böyük hissəsi ailə tipli kiçik təsərrüfatlarda saxlanılır ki, bu da istehsalın genişlənməsinə və sənaye əsaslı heyvandarlıq modelinin formalaşmasına mane olur. Eyni zamanda yem təminatında ciddi problemlər mövcuddur və əksər təsərrüfatlarda düzgün yemləmə rasionları tətbiq edilmir”,-o bildirib

Zaur Əliyev qeyd edib ki, heyvanların identifikasiyası və hərəkətinin izlənməsi sahəsində də çatışmazlıqlar var. Bundan başqa, təsərrüfatların dövriyyə və investisiya məqsədilə maliyyə resurslarına çıxışı məhduddur, kiçik təsərrüfatlar üçün aqrar məsləhət və dəstək xidmətləri isə yetərli deyil.

Onun sözlərinə görə, istehsal olunan heyvandarlıq məhsullarının toplanması və emalı prosesində də çətinliklər yaşanır.

Aytac Zeynalova 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol