• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” Anlaşma Memorandumu imzalayıb

“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” Anlaşma Memorandumu imzalayıb
16.11.2024 18:10

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və COP29 ilə əlaqədar Azərbaycanda səfərdə olan "Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub.

Görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, yaşıl enerjiyə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qonaqlara paylayıcı şəbəkələrdə tətbiq olunan yeniliklər, o cümlədən rəqəmsal şəbəkələr, 35/04 kV-luq şəbəkələrə keçid, Enerji Doldurma Məntəqələrinin vahid platforma üzərindən idarə olunması və digər müasir texnologiyaların paylayıcı şəbəkələrdə tətbiqi haqqında geniş məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər arasında baş tutan işgüzar görüşdə "Azərişıq” ASC və "Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbərliyi arasında Anlaşma Memorandumu imzalanıb.
 
Sözügedən sənəddə innovativ texnologiyalar, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və şəbəkələrin etibarlılığının, dayanıqlılığının artırılması mövzuları əksini tapıb. Bu istiqamətlər üzrə hər iki ölkənin paylayıcı şəbəkələri beynəlxalq təcrübədən yararlanmağı qarşısına məqsəd qoyub. Həmçinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək üçün gələcəkdə mütəxəssislərin davamlı görüşləri də nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol