• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

BMT Baş katibi COP29-la bağlı “Böyük İyirmilik” ölkələrinə çağırış edib

BMT Baş katibi COP29-la bağlı “Böyük İyirmilik” ölkələrinə çağırış edib
19.11.2024 19:59
Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmasaq artan təbii fəlakətlər bütün ölkələrin iqtisadiyyatına zərər verəcək.Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında qeyd olunub.

"Biz 1,5 dərəcə həddinə yaxınlaşmalıyıq və ölkələr qısa müddətdə emissiyaların azaldılmasını sürətləndirməlidirlər.Hazırda emissiyalar artmağa davam edir.Buna görə qalıq yanacaqlardan bərpa olunan enerjiyə ədalətli keçidi sürətləndirməliyik. Qalıq yanacaq dövrünün sonu qaçılmazdır. Bunun çox gec olmaması və ədalətli olması üçün hər şeyi edək”,-baş katib bildirib.

O, G20 ölkələrini ayıq-sayıq olmağa çağırıb:
"Prezident Lulanın (Braziliya Prezidenti Lula da Silva) dediyi kimi, "Böyük iyirmilik" qlobal emissiyaların 80%-nə cavabdehdir. Ona görə də sizə ayıq-sayıq olmaq lazımdır. Keçən həftə iki üzvünüz — Braziliya və Britaniya emissiyaları azaltmaq üçün yeni tədbirlər elan edərək bizə yaxşı bir başlanğıc verdi”.

"Bakıda uğur qazanmalı, etimad yaratmalı və gələn il üçün iddialı milli iqlim planlarının hazırlanmasını stimullaşdırmaq lazımdır.Bu məqsəd, müxtəlif səviyyələrdə maliyyə hədəfi, güzəştli şərtlərlə dövlət vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artmasından başlayaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəməlidir. Mən çoxtərəfli İnkişaf Banklarının son bəyanatını alqışlayıram. Bu masaya toplaşan bütün ölkələri məsuliyyət hissi göstərməyə, COP29-un uğurunun təmini üçün kömək etməyə çağırıram”,-Quterreş qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol